Prezident Paşinyanla görüşə bilərmi?
Prezident İlham Əliyev Moskvada Nikol Paşinyanla ehtimal edilən görüşündən danışıb.
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinin jurnalistinin “Cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?” sualına cavabında deyib ki, belə bir görüşün olması gündəlikdən asılıdır.
“Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır”, - deyə dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Paşinyanla görüşü başlayı...
Xəbər Anı
İlham Əliyev Paşinyanla salamlaşmadı -
Son Xeberler
Lavrov Paşinyanla Qarabağı müzakirə edib
Son Xeberler
Paşinyanla görüşə gələn “sadə vətəndaş” polkovnik...
Son Xeberler
Pompeo İlham Əliyevlə telefonla danışdı
Son Xeberler
Paşinyan günlər sonra üzə çıxdı
Son Xeberler