
Son Xeberler
9 abunə
Bəy öz toyunda 80 nəfəri koronavirusa yoluxdurdu - 2 gün sonra öldü
03.07.2020 12:15
674 baxış sayı
2 dəq. oxuma

Koronavirusa yoluxan bəy öz toyundan iki gün sonra öldü.
Hindistanda bəy öz toy mərasimində 80 qonağı koronavirusa yoluxdurub. Əslində ölkədə toy mərasimləri virusun yayılmasının qarşısını almaq məqsədi ilə qadağan edilib. Ancaq Paliqanc şəhərindəki gəncin ailəsi hökumətin bu qərarını qulaqardı edib. Ailə heç öz övladlarının da xəbərdarlıqlarına qulaq asmayıb.
İxtisasca mühəndis proqramist olan gənc hələ may ayından özünü pis hiss etməyə başlayıb. gün keçdikçə 30 yaşlı şəxsin vəziyyəti daha da pisləşib. Koronavirusun bütün əlamətləri onda müşahidə edilib. O ailəsindən toyu təxirə salmalarını istəyib. Ailə gəlinin yaxınları ilə məsləhətləşəndən sonra ona rədd cavabı veriblər. Mərasim üçün pul ödənildiyi üçün toy baş tutub.
Gizli keçirilən toya 300 qonaq toplaşıb. Əyləncədən iki gün sonra bəy ölüb. Onun meyiti tez yandırılıb. Lakin bir neçə gün sonra toydakı qonaqlarda da eyni əlamətlər baş qaldırıb.
Şəhər rəhbərliyi qonaqları testdən keçirəndən sonra mərasimə qatılan 80 nəfərin diaqnozu təsdiqlənib.
S
Beynəlxalq münasibətlər analitiki
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Braziliyada koronavirusa yoluxanların sayı 9 milyo...
Son Xeberler
613
29/01 08:47

Məşhur aktyor 8 aylıq qızına koronavirus yoluxdurd...
Son Xeberler
630
26/11 13:41

Qarabağda koronavirusa yoluxanların sayı artıb
İdman Xəbər
628
16/06 12:04

Fransada koronavirusa yoluxanların sayı 3,75 milyo...
Son Xeberler
663
01/03 06:38

TƏBİB məlumat yaydı -
Son Xeberler
671
10/07 18:51

Ən çox hansı rayonda koronavirus xəstəsi var — STA...
Son Xeberler
1,201
16/06 19:58


