BMT-dən həyəcan təbili – Koronavirusun daha bir fəsadı açıqlandı

28.07.2020 06:05 654 baxış sayı 2 dəq. oxuma
BMT-dən həyəcan təbili –

Koronavirus pandemiyası ətraf mühitin qoruyucu maskalar, əlcəklər, dezinfeksiyaedici mayelərin flakonları da daxil olmaqla, birdəfəlik məmulatlarla çirklənməsinə gətirib çıxarıb.

Bu barədə BMT-nin ticarət və inkişaf  Konfransının hesabatında deyilir.

Mütəxəssislərin hesablamalarına əsasən, COVID-19 pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəticəsində istixana qazlarının havanı çirkləndirməsi 5%-dək azalıb. Lakin koronavirusun yayılmasına qarşı yönəldilmiş heç də bütün tədbirlər ətraf mühitə müsbət təsir göstərməyib. 

“Bizim küçələr, çimərliklər və okeanlarımız plastik maskalar, əlcəklər, dezinfeksiyaedici mayelərin flakonları və qida bağlamarından ibarət tullantılar sunamisindən zərər çəkib”, - deyə hesabatda bildirilir.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: