BQXK-dan Dağlıq Qarabağla bağlı AÇIQLAMA

24.11.2020 05:38 604 baxış sayı 2 dəq. oxuma
BQXK-dan Dağlıq Qarabağla bağlı

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer BQXK-nın Dağlıq Qarabağdakı kontingentində 4 dəfə artım olacağını açıqlayıb.

O, bu barədə RBK-ya müsahibəsində bildirib.

“Münaqişə böyüdükcə daha çox iş görməli olduğumuzu anladıq. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı idisə, gələn il bu məbləğ 45 milyon olacaq. Yəni mövcudluğumuzu dörd dəfə artıracağıq. Orada çox az adamımız var idi. İndi isə bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq. Son günlərdə varlığımızı artırmışıq”, - o deyib.

P.Maurer əlavə edib ki, BQXK-nın Yerevanda, Bakıda, Bərdədə ofisləri var, həmçinin komitə nümayəndələri Xankəndinə qayıdır, daha bir-iki ofis açmaq planlaşdırılır. (Report)

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: