
Rusiya Qarabağa görə BQXK-ya 2 milyon ianə verdi

Rusiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə Dağlıq Qarabağdakı münaqişənin humanitar nəticələrini həll etmək üçün 2 milyon İsveçrə frankı ianə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiya hökumətinin qərarına uyğun olaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin büdcəsinə Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələrinin həlli ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 2 milyon İsveçrə frankı məbləğində könüllü ianə edilib", - deyə məlumatda vurğulanıb.
Bu istiqamətin Rusiya Federasiyası ilə BQXK arasında səmərəli əməkdaşlığın prioritetlərindən birinə çevrildiyi qeyd olunub: "Ölkəmiz mülki əhaliyə yardım göstərmək və bölgənin mülki infrastrukturunu bərpa etmək üçün genişmiqyaslı səylər göstərir. Komitə ilə qarşılıqlı fəaliyyətə hazırıq və ümid edirik ki, BQXK səlahiyyətləri daxilində olan sahələrdə səmərəli işləməyə davam edəcək".
Oxşar xəbərlər

Bill Qeyts Kamala Harrisə 50 Milyon Dollarlıq Dəst...
Bugun.az

BQXK-dan Dağlıq Qarabağla bağlı
Son Xeberler

Rusiyadakı təşkilat Silahlı Qüvvələrə ianə etdi
Son Xeberler

Rusiya Qarabağa daha 20 hərbi təyyarə göndərdi
Son Xeberler

Rusiya XİN: BMT Qarabağa missiya göndərəcək
Son Xeberler

TorrentGalaxy: Böyük Torren Saytı Mali Çətinliklər...
Texnologiya xəbərləri