Bu axşam bulvarda atəşfəşanlıq olacaq - ÖZƏL

10.12.2020 15:11 501 baxış sayı 1 dəq. oxuma
Bu axşam bulvarda atəşfəşanlıq olacaq -

Bu gün Vətən müharisindəki qələbə münasibətilə təşkil edilən Zəfər paradının ardından qalibiyyət tədbirləri davam etdiriləcək.

Axşam 19:00- 20:00 radələrində Bakı bulvarında möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.

Əldə etdiyimiz digər məlumata görə, pandemiya, həmçinin qüvvədə olan "Hərbi vəziyyət haqqında" Qanunun tələblərindən irəli gələrək, vətəndaşların komendant saatına düşməməsi üçün əvvəlcədən bu barədə ictimaiyyətə məlumat verilməyib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: