🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Çavuşoğlu Azərbaycana qarşı ikili standartdan şikayət etdi

13.10.2020 12:57 568 baxış sayı 3 dəq. oxuma
Çavuşoğlu Azərbaycana qarşı ikili standartdan şikayət etdi

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun isveçli həmkarı Ann Linde ilə Ankarada baş tutan görüşündən sonra ortaq mətbuat konfransı keçirilib.

 Çavuşoğlu çıxışı zamanı Qərb və dünya ictimaiyyəti tərəfindən Dağlıq Qarabağ məsələsində Azərbaycana münasibətdə ikili standartların tətbiq olunduğunu bəyan edib.

İsveç XİN rəhbərinin “Atəşkəs əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağda davam edən qarşıdurmalar bizi çox narahat edir. Tərəfləri bu münaqişələri dayandırmağa və razılığa əməl etməyə dəvət edirəm” sözlərindən sonra çıxış edən Çavuşoğlu, bu ifadələrə sərt reaksiya verib:

“Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını qəbul edirik, ancaq buna əlavə olaraq, Ermənistanın geri çəkilməsini çağırsalar, o zaman beynəlxalq birliyin bu problemi həll etmək istəyini görə bilərik, amma bu çağırış edilmir. Söhbət Krım və Ukraynadan gedəndə, ATƏT də daxil olmaqla hamımız Rusiyanın geri çəkilməli olduğunu söyləyirik, ancaq Qarabağ məsələsində eyni çağırışı etmirik”.

Çavuşoğlu həmçinin Minsk qrupu olaraq görüşlərin keçirilməsinin faydalı olduğunu, bununla belə həmsədrlərin indiyə kimi görülən işlər barədə hesabat hazırlamalı olduğunu qeyd edib.

Paylaş: