
Cəbrayıl polisi narkotacir qardaşları saxladı

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı sakinləri olan iki qardaş saxlanılıb. Onların olduğu avtomobildən 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Muğan bürosuna verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Biləcəri qəsəbə sakinləri Elnur və Əzim Moöbəliyev qardaşları sonuncunun idarə etdiyi “Opel “ markalı avtomobildə saxlanılıblar. Polis şöbəsində həmin avtomobilə keçirilən baxış zamanı yük yerindən 3 ədəd polietilen bağlamada ümumi çəkisi 4 kiloqram 100 qram olan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanın 17 günə işğaldan azad etdiyi ərazilər...
Son Xeberler

“İndi burada Azərbaycan polisi keşik çəkir” -
Son Xeberler

Luvrda oğuluq edən 2 şübhəli saxlanıldı
Bugun.az

Prezident Azərbaycan xalqını təbrik etdi
Son Xeberler

Polis marketdə satıcıya qarşı soyğunçuluq edənləri...
Cinayət Xəbərləri

Prezident və xanımı işğaldan azad edilmiş Füzuli v...
Son Xeberler


