Ceyhun Hüseynov RGUDMŞ İdarə heyətinin üzvü seçilib

19.09.2020 15:25 662 baxış sayı 2 dəq. oxuma
Ceyhun Hüseynov RGUDMŞ İdarə heyətinin üzvü seçilib

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) məsul katibi Ceyhun Hüseynov Rusiya Gənclər və Uşaq Dərnəkləri Milli Şurasının (RGUDMŞ) idarə heyətinin üzvü seçilib.

Bu barədə  Rusiya bürosuna Şuranın Mətbuat xidmətindən məlumat verilib.

Qərar Şuranın sentyabrın 18-də Moskvada hibrid formatda (onlayn və oflayn) keçirilmiş növbəti hesabat-seçki konfransında qəbul edilib.

Konfransda ümumrusiya, regionlararası və regional gənclər ictimai birliklərinin 50-dən çox rəhbəri - Milli Şuraya üzv təşkilatların rəhbərləri, xarici və beynəlxalq gənclər təşkilatlarının nümayəndələri - Milli Şuranın tərəfdaşları, dövlət orqanlarının təmsilçiləri, eləcə də gənclər siyasəti sahəsində mütəxəssislər iştirak ediblər.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: