🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

COVID-19 ilə mübarizədə imuniteti gücləndirmək üçün... - MƏSLƏHƏTLƏR

04.12.2020 09:44 500 baxış sayı 5 dəq. oxuma
COVID-19 ilə mübarizədə imuniteti gücləndirmək üçün... -

Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində ikinci müharibə meydanına çevrilən COVID-19 uşaq-böyük demədən can almaqda davam edir. Virusa yoluxmaya səbəb immun sisteminin zəifliyi ilə yanaşı, məsuliyyətsiz davranş, nəqliyyatda sıxlıq, bəzi qurumlar qarşısında - bank, xəstəxana, dayanacaqlar və sairə məsafəsiz növbələr, həmçinin sağlam qidalanmamaqdır.

Bu fikirləri  Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, yay aylarında bəzi mövsümi meyvələrin işbazlar tərəfindən cib doldurmaq məqsədi ilə baha qiymətə satılması və aylarla işsiz qalmış kasıb təbəqənin mövsümi meyvələrlə yetərincə qidalanmaması da immun sisteminin çökməsinə gətirən amillərdəndi:

“Halbuki mütəxəssislər dəfələrlə immun sisteminə faydalı olan məhsullar haqqında yetərincə danışıblar. Amma nə fayda?.. Keçənə güzəşt deyib heç olmasa qış aylarında immun sisteminin bərpa olunması üçün əlimizdən gələni etməliyik ki yoluxmanı maksimum aşağı səviyyəyə sala və əgər yoluxsaq belə virusla mübarizə aparmağa gücümüz çatsın. Bunun üçün də düzgün və faydalı qidalanmaq, həmçinin idmanla məşğul olmaq vacibdir”.

Ağa Salamov deyir ki, koronovirusla mübarizədə immunitet sisteminin gücləndirilməsi üçün riayət olunmalı bəzi məqamlar var.

1. Bir qayda olaraq immun sisteminin gücləndirilməsi üçün zərərli və heç bir faydası olmayan boş karbohidratlar - rəngli qazlı içkilər, enerji içkiləri, fəst-fud, dərin yağda bişmiş fri kartof, çipsilər, şəkər tozu, şirniyyatlar, emal olunmuş un məhsullarından hazırlanan qida məhsullarından uzaq durmalı, əvəzində faydalı və təbii olan karbohidratlar - mövsümi meyvələr, tərəvəzlər, qarabaşaq, yarma, ulaf, kəpəkli çörək, düyü unundan hazırlanmış çörək, bal, doşab, ağcaqayın siropu və sairə ilə qidalanmaq məqsədəuyğundur və faydalıdır.

2. Emal olunmuş və hisə verilmiş ət və ət məhsulları – kolbasa və sosiska məmulatları, hisə verilmiş balıq, toyuq və ya qırmızı ət məhsulları, konservalardan uzaq durmalı, əvəzində sağlam, mənşəyi məlum olan ət, balıq məhsulları istehlak etmək lazımdır. Qırmızı ət məhsullarında olan dəmir, B12 vitamini və sink kimi mikroelementlər olduğu kimi, balıq məhsullarında da Omega 3 əvəzolunmaz yağ turşusu, həmçinin B qrupu vitaminləri, fosfor, kalium və natrium var.

3. Rafinə olunmuş trans yağlar əvəzinə, ət məhsullarını bişirərkən organik olan kərə yağı, quyruq yağı, nehrə yağı və ya məhsulun öz yağında bişirməklə istehlak etmək olar. Salatlara zeytun yağı, kətan toxumu yağı, küncüt yağı qatmaqla yemək daha faydalıdır.

4. Heç bir faydası olmayan rəngli, qazlı və enerji içkiləri əvəzinə, faydalı olan içkilər istehlak edilməsi vacibdir. Bunun üçün isti içkilərdən zəncəfilli çay, çobanyastığı çayı, kəklikotulu çay, nanə limonlu çay, darçın çayı tövsiyə olunur.

Kompotlardan feyxoa kompotu, reyhan kompotu, alma ,armud kompotudan istifadə etmək olar.

Təzə sıxılmış meyvə şirələri, nar şirəsi, kök şirəsi (içinə mütləq azca zeytun yağı əlavə etməklə), alma şirəsi çuğundur şirəsi də faydalıdır.

 

Paylaş: