XİN ABŞ Dövlət Departamentinə cavab verdi

22.07.2020 14:09 788 baxış sayı 2 dəq. oxuma
XİN ABŞ Dövlət Departamentinə cavab verdi

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib. Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.


Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı bildirib ki, Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır.


"Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik", - XİN rəsmisi vurğulayıb. 

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: