
Deputatdan operativ qərargaha müraciət: “Rayonlara gediş-gəliş açılsın”

Milli Məclisin iclasında deputat Fazil Mustafa koronavirus pandemiyası dövründə bəzi iş yerlərinin açılmasını təklif edib.
F.Mustafa bildirib ki, xüsusi karantin dövründə marketlərə çox sayda insan daxil olur.
“Amma digər müəssisələr işləmir. Kiçik sahibkarlıq fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında operativ qərargaha müraciət edirəm ki, qərarlarına bir də baxsın. Nə qədər müəssisə varsa, açılsın. Amma nəzarət də gücləndirilsin, karantin qaydalarının pozulmasına görə yeri gələndə sahibkar cərimələnsin. Lakin insanlar işsiz qalıblar, biz bunu anlamalıyıq”, - deyə F.Mustafa əlavə edib.
Millət vəkili qeyd edib ki, rayonlara gediş-gəliş açılmalıdır:
“Rayonlara gediş-gəliş açılmalıdır ki, bölgələrdə turizm sektoru məhv olmasın”.
Etiketlər
Oxşar xəbərlər

Vətəndaşlar artıq Operativ Qərargaha etimad etmirl...
Son Xeberler

Prezident Operativ Qərargaha göstəriş verib
Son Xeberler

Azərbaycana COVID-19-a görə xarici mütəxəssislər g...
Son Xeberler

Deputatdan TƏBİB və operativ qərargaha sərt İTTİHA...
Son Xeberler

ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
Son Xeberler

Sentyabrın 13-də metro açılır? -
Son Xeberler