
Son Xeberler
9 abunə
DİN vətəndaşlara müraciət edib
02.12.2020 10:08
535 baxış sayı
2 dəq. oxuma

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb.
DİN-dən daxil olan məlumatda deyilir:
"Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv "COVID-19” xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar. Görülən tədbirlərlə müəyyən olunan xəstələrdən 24 nəfəri evə qaytarılıb, 2 nəfər xəstəxanaya yerləşdirilib, 18 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq".
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

DİN vətəndaşlara müraciət etdi
Son Xeberler
536
10/11 12:51

ASAN-ın rəhbəri vətəndaşlara müraciət etdi
Son Xeberler
647
12/06 16:09

Apteklərlə bağlı vətəndaşlara müraciət
Son Xeberler
712
11/06 14:21

DİN vətəndaşlara müraciət etdi
Son Xeberler
452
19/10 05:23

ANAMA vətəndaşlara müraciət etdi
Son Xeberler
636
10/10 08:47

Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləm...
Son Xeberler
670
11/06 10:16


