🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Dövlət qurumundan yas məclisləri ilə bağlı AÇIQLAMA

30.01.2021 07:16 339 baxış sayı 2 dəq. oxuma
Dövlət qurumundan yas məclisləri ilə bağlı

2020-ci il ərzində Azərbaycanda dini durumun öyrənilməsi sahəsində tədbirlər davam etdirilib, mütəmadi olaraq monitorinqlər keçirilib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, il ərzində müsəlman dini icmaları Ramazan və Məhərrəmlik ayları mərasimləri, Qurban bayramı, xristian dini icmalar Pasxa və Milad, yəhudilər Purim, Pesax və Roş-Ha-Şana bayramları qeyd ediblər.

Bunlardan Purim bayramı istisna olmaqla, digərləri karantin rejimi dövrünə təsadüf edib.

2020-ci ildə karantin rejimi dövründə dini ayinlərin icrası ilə yanaşı yas mərasimlərinin pandemiya ilə bağlı müəyyən olunmuş qaydalar çərçivəsində keçirilməsi xüsusi nəzarətdə saxlanılıb, Dövlət Komitəsinin bölgə şöbələri, QMİ-nin bölgə nümayəndəlikləri, yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bu sahədəki pozuntular aradan qaldırılıb.(Baku.ws)

Paylaş: