
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.
Bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:
“Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.
Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.
Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”
Oxşar xəbərlər

Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub
Son Xeberler

Təhsil Nazirliyi yaralı şagirdlərin adlarını açıql...
Son Xeberler

"Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı ol...
Son Xeberler

Erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv o...
Son Xeberler

Ağdama düşmən hücumu: Ata və oğlu həlak oldu -
Son Xeberler

Nazir həlak olan Aysudan yazdı
Son Xeberler