🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Erməni əsirliyində olmuş hərbçi: “Mənə kəlbətinlə işgəncələr verir, iynələr vururdular”

05.01.2021 11:55 349 baxış sayı 2 dəq. oxuma
Erməni əsirliyində olmuş hərbçi:
"Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun müdrik siyasəti nəticəsində biz öz vətənimizə qayıtmışıq”.
 
Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Mobil Əhmədzadə deyib.
 
O bildirib ki, Xankəndi-Şuşa yolu istiqamətində ağır yaralanıb, 5 gün meşədə qaldıqdan sonra əsir götürülüb: "34 gün əsirlikdə olmuşam. Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub. Düşmən tərəfindən əsirlərin toxunulmazlığı prinsipinə riayət olunmayıb. 31 gün türmədə qalmışam. Əsirlikdə olanda qələbə qazandığımızdan xəbərimiz yox idi. Dekabrın 11-də onların televizorda bizim parada baxdıqlarını bildim. Bizi Bakıya gətirdiklərini bilmirdik. Bakıya çatanda bildim”.
 
Paylaş: