Ermənilər Ağdamda daha bir mülki şəxsi öldürdü
Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan bildirilib ki, bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub.
Fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) , 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1 (cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Prezident Ağdamda bayrağımızı ucaltdı -
Son Xeberler
Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz -
Son Xeberler
Ermənilər Qarabağdan çıxarılır, azərbaycanlılar ge...
Son Xeberler
27 ildən sonra Ağdamda ilk ifa... -
Son Xeberler
Ermənilər Ağdamda əhalini atəşə tutdu -
Son Xeberler
“Böyük qürurla Ağdamda ilk oyunu gözləyirik” -
İdman Xəbər