Ermənilər o videolarla bizə psixoloji təsir edə bilməz!
Azərbaycan xalqı 30 ildir ki, torpaqlarının erməni işğalından azad olunması gününü səbirsizliklə gözləyirdi.
Bu ilin iyulunda ermənilər Tovuzla dövlət sərhədimizdə təxribat törədəndə Azərbaycan xalqı bir yumruq altında birləşərək könüllü olaraq cəbhəyə yollanmaq üçün rayon Səfərbərlik Xidmətlərinə müraciət etdi. Təkcə bu fakt xalqın Qarabağ problemini unutmadığının göstəricisi idi. Bu gün cəbhədən aldığımız xoş qələbələr kiçikdən böyüyə hər birimizi sevindirir. Hər kəs Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlarla bağlı tvitini, xalqa müraciətini həyəcanla gözləyir. Hər açıqlanan kənd, şəhər, qəsəbə, yüksəklik təkcə torpağından didərgin tutmuş məcburi köçkünün gözündən yaş axıtmır, bu amil hər bir azərbaycanlını duyğulandırır. Çünki Qarabağ müharibəsi bizim üçün Vətən müharibəsidir. Azərbaycan əsgəri öz torpağında döyüşür və xilaskar əsgər missiyasını həyata keçirir.
Müzəffər Ordumuz Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı düşməndən azad edir. Bu, əsgərimiz üçün müqəddəs missiyadır.
Bu gün “Qarabağ Azərbaycandır” şüarı hələ orta məktəbdə oxuyan azyaşlı şagirdlərin belə dilinin əzbərinə çevrilib. Yeniyetmələrimiz vətənpərvər hisslərlə böyüyürlər.
Məlumdur ki, Qarabağ müharibəsində canını Vətəni, torpağı uğrunda fəda edən şəhidlərimiz var. Onlar həm özlərinin, həm milyonlarla insanın ailəsini, uşağını, yoldaşını qorumaq üçün Vətən yolunda şəhid olurlar.
Bu gün Azərbaycanda şəhid anası öz övladının tabutunu çiyinlərində daşıyır, oğlunun torpaq uğrunda göstərdiyi qəhrəmanlıqdan ağız dolusu danışır.
Övlad itirsə də, torpaq savaşı hər bir valideyn üçün qürur hissidir.
Cəbhə zonasından uzaqda yaşayan, ancaq ermənilərin mülki vətəndaşlarımıza qarşı törətdiyi təxribatın qurbanı olanların ailələri də eyni hissləri bölüşürlər. Faşist xislətli ermənilərdən qorxmadıqlarını bütün çıxışlarında dilə gətirirlər.
Ancaq bu hisslər nə Ermənistan xalqında, nə də onun əsgərlərində var. Buna görə də müharibənin başladığı ilk günlərdən etibarən ordumuzun gücü qarşısında aciz qalıblar. Heç döyüşmək belə istəmirlər. Erməni əsgərlərin psixoloji durumu çox ağırdır. İşğalçı ordu hər gün toplu şəkildə itkilər verir. Erməni anaları hərbi siyasi rəhbərlikdən övladlarının taleyi barədə hesabat tələb edir. Onlar övladlarını müharibəyə göndərməkdən imtina edirlər. Baş nazir Nikol Paşinyanı səriştəsizlikdə, idarəetmə bacarığının olmamasında və ölkəsinin əsgərini öldürməyə hazır olmaqda ittiham edirlər. Paşinyan isə az qala bütün çağırışlarında övladlarını döyüşə göndərmək üçün xalqa yalvarır.
Müharibə meydanında uduzan Ermənistan silahlı qüvvələri hazırda psixoloji təzyiq metodlarından istifadə etməyə başlayıb. Müxtəlif təxribat xarakterli videolar paylaşaraq öz ağıllarınca xalqımıza hansısa psixoloji təsir göstərəcəklərinə “ümid edirlər”. Ancaq hələ də anlaya bilmirlər ki, Azərbaycan xalqı üçün hazırda tək məqsəd ərazi bütövlüyümüzün təmin edilməsidir. Azərbaycan əsgəri şücaətini döyüş meydanında sonuna qədər göstərməyə hazırdır. Ordumuzun fədakarlığı sayəsində yurdumuza yeni nəfəs, yeni həyat gəlir. Biz hər birimiz qalib ordunun, qalib ölkənin fərdləri olacağıq. Bundan sonra başımız daha dik, alnımız daha da açıq olacaq. Şəhidlərimizin qanı, canı bahasına işğaldan azad edilən torpaqlarımız hər birimizin müqəddəs and yerinə çevriləcək. Xalqımız bundan sonra yalnız zəfər marşı dinləyəcək və 3 rəngli aylı-ulduzlu şanlı bayrağımız işğaldan azad edəcəyimiz torpaqlarda dalğalanacaq.
Oxşar xəbərlər
“Mən o liderlərdən deyiləm ki, söz qəbul edəm”
Son Xeberler
“Həm cəbhədə, həm də siyasi arenada çox ciddi müba...
Son Xeberler
Baş Prokurorluq saxta videolarla bağlı araşdırmala...
Son Xeberler
ÜST-dən COVID-19-un fəsadları ilə bağlı
Son Xeberler
“Dağlıq Qarabağda heç vaxt referendum olmayacaq”
Son Xeberler
Prezident mühüm qanunu
Son Xeberler