Ermənilərin ciddi xəsarət yetirdiyi azərbaycanlıya yardım edən bu qızı siz də tanıyın! — FOTOLAR

26.07.2020 16:43 903 baxış sayı 3 dəq. oxuma
Ermənilərin ciddi xəsarət yetirdiyi azərbaycanlıya yardım edən

Azərbaycanlılar Los-Ancellesdə ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib.

Irina Sklyarenko Los-Ancelesdə yaşayır. Azərbaycanlılar ermənilərə qarşı mitinqə çıxanda İrina da ora gəlib. Erməni tərəfindən ciddi xəsarət alan azərbaycanlını xəstəxanaya aparıb sığorta xərclərini ödəyib. Düzdü daha sonra başqa bir soydaşımız onun borcunu qaytarıb.

İrina o meydana sadəcə dost olduğu üçün gəlib. Hamı kimi şüar səsləndirib. Axıra kimi də vəhşi erməni kütləsinin qarşısında tab gətirib. 50 nəfər azərbaycanlıya 3000 vəhşi erməni ordusu hücum edəndə bizim yanımızda olub.

Xahiş edirik, bu qəşəng qıza sevginizi bildirin.

Qeyd edək ki, Los-Ancelesdə yaşayan erməni daşnakları 21 iyulda Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq, ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə ermənin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar.

Ermənilərin fitnəkarlığı nəticəsində biri qadın olmaqla, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlardan dördü xəstəxanaya aparılıb.

365.az

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: