Əsgərlər qar uçqununa düşdü - ŞƏHİD VAR

27.12.2020 10:21 872 baxış sayı 2 dəq. oxuma
Əsgərlər qar uçqununa düşdü -

Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunda qar uçqunu altında qalan iki əsgərdən biri həlak olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, güclü qar Şemdinlidə yerləşən hərbi bazanın yolunun bağlanmasına səbəb olub. Yolun açılması zamanı iki əsgər qar uçqunu altında qalıb. Əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb, digər əsgərin axtarışı davam edir.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: