🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Evinizi koronaviusdan təmizləmək üçün 5 TƏBİİ VASİTƏ

23.06.2020 05:10 896 baxış sayı 3 dəq. oxuma
Evinizi koronaviusdan təmizləmək üçün 5 TƏBİİ VASİTƏ

Koronavius bütün dünyada olduğu kimi Azərbaycanda da mühüm epidemioloji problem olaraq qalmaqdadır. Yoluxma riskini azaltmaq məqsədi ilə evdə qaldığımız bu günlərdə, xüsusi diqqət yetirilməli məqamlardan biri də ev təmizliyidir. Gün boyu evdə olduğumuzdan təmizlik zamanı istifadə edilən antibakterial tərkibli maddələr düzgün seçilməlidir.

Bəs görəsən kimyəvi vasitələr olmadan evimizdə gigiyenik mühiti necə yarada bilərik?

1. Portağal yağı

Meyvələrdən hazırlanan efir yağları mikrobları məhv edə bilmə xüsusiyyətləri sayəsində yüzilliklər boyunca təmizlik vasitəsi kimi istifadə edilib. Aparılan araşdırmalar onu göstərir ki, portağal yağı bakteriyalara qarşı ən güclü təbii vasitələrdən biridir. Bu səbəbdən də ev təmizliyində zərərli kimyəvi məhsulların yerinə portağal yağından faydalanmaq olar.

2. Sirkə

Sirkə ucuz, təbii və bakterial təmizlik vasitəsi olmaqla yanaşı kifə yaxud kirə qarşı da olduqca güclüdür. Xüsusən də distillə edilmiş ağ sirkə evinin hər yerində zəhərsiz təmizlik istəyənlər üçün ən doğru seçimdir.

3. Kakos yağı

Antibakterial tərkibli təmizləyici olan kakos yağı eyni zamanda çox yaxşı kir çıxarıcıdır. Karbonatla birgə istifadə edilərsə xalçalarda və yumşaq mebellərdə mövcud olan ləkələri apara bilir. Eyni zamanda hamam otağındakı su izlərini heç bir kimyəvi məhlul olmadan, kakos yağı vasitəsi ilə təmizləyə bilərsiniz.

4. Bitki tərkibli qliserin

Gliserol olaraq da adlandırılan bu yağ, şampun, diş pastası və başqa kimyəvi təmizlik vasitələrinin də tərkibində mövcuddur. Daxilində spirt olması onu digər təbii təmizlik vasitələrindən fərqləndirsə də bitki tərkibli qliserin yağ, kir və başqa ləkələrin çıxarılmasında olduqca faydalıdır.

5. Karbonat

Qədim Misirlilər karbonatı sabun olaraq istifadə etmişlər. Həm antibakterial, həm də ləkə çıxarıcı xüsusiyyəti ilə təmizlikdə olduqca faydalıdır. Karbonat eyni zamanda pis qoxuları aradan qaldırmağa da kömək edir.

Paylaş: