Fərhad Əliyevin oğlu da ön cəbhədə döyüşüb
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də Vətən Müharibəsində könüllü döyüşənlər sırasında olub.
İngiltərədə ali təhsil alan və son illər bizneslə məşğul olan Yusif Əliyev döyüşlərin başladığı ilk gündən Orduya könüllü yazılıb və ön cəbhədə döyüşərək torpaqların işğaldan azad edilməsinə iştirak edib. Məlumata görə, Y.Əliyev hazırda da xidmətini davam etdirir.
Xatırladaq ki, Fərhad Əliyev 2001-2005-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri olub. 2005-ci ildə həbs edilərək vergidən yayınma, qanunsuz özəlləşdirmə, rüşvət alma və digər vəzifə cinayətlərində ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 8 il sonra Prezidentin sərəncamı ilə əfv edilərək azadlığa çıxıb.
Oxşar xəbərlər
Prezident onları təltif etdi -
Son Xeberler
BDU-nun dosenti vəfat etdi
Son Xeberler
Oğlu cəbhədə olan məmur koronavirusdan vəfat etdi...
Son Xeberler
İmişlidəki ağır qəzada 8 nəfər yaralandı -
Son Xeberler
Prezidentin bu gün təltif etdiyi generallar - SİYA...
Son Xeberler
Beş ildən sonra 3 uşaq atası olduğunu cəbhədə öyrə...
Son Xeberler