“France-24”dən Kəlbəcər haqqında reportaj - Video+Fotolar
“France-24” kanalı Kəlbəcər rayonunun işğaldan azad edilməsi haqqında reportaj yayımlayıb.
Reportajda Kəlbəcərin rəsmi Bakı ilə əldə edilmiş razılaşmaya əsasən Ermənistanın Azərbaycana təhvil verməli olduğu üç rayondan ikincisi olduğu bildirilir. Altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyi vurğulanır.
Kanalın Azərbaycandakı çəkiliş heyəti Azərbaycan Ordusunun ermənilərin işğalı altında olmuş Kəlbəcər rayonuna girməsi ilə bağlı məlumat verir. Qeyd edilir ki, 27 ildən sonra ilk dəfədir Azərbaycan Ordusu rayona daxil olur və bu, əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir.
Reportajda qeyd edilir ki, 1993-cü ildə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edib. Nəticədə 10 minlərlə azərbaycanlı rayonu tərk etməyə məcbur olub. Bu gün həmin məcburi köçkünlər Kəlbəcərə qayıtmağa və orada yaşamağa ümid edirlər.
Oxşar xəbərlər
Tarixdə ilk dəfə-
İdman Xəbər
“Qafqazın Xirosiması” - “France-24” Ağdamdan repor...
Son Xeberler
Azərbaycanın tanrı məbədi “Xudavəng” -
Son Xeberler
Qarabağda təmas xəttindən olan reportaj “ayın vide...
Son Xeberler
Azərbaycan Prezidenti: “Kəlbəcər rayonu bu gün işğ...
Son Xeberler
“Al Jaazeera” Ağdamdan reportaj hazırlayıb -
Son Xeberler