
Gözlər Misirdə: Ərdoğanın qatılacağı Zirvəyə Netanyahu da dəvət olundu

Prezident Ərdoğan kritik zirvə üçün Misirə yola düşüb. Qəzzanın yenidən qurulması və atəşkəs mərhələlərinin müzakirə ediləcəyi zirvəyə saatlar qalmış Misir Prezidenti Sisi gözlənilməz bir dəvət göndərib. İsrailin Baş naziri Netanyahunun məhz Sisi tərəfindən Misirdəki zirvəyə dəvət edildiyi bildirilir. Misirdən verilən açıqlamada "Netanyahu zirvəyə qatılacaq" deyilsə də, İsrail mediası bu inkişafı "Netanyahu Misirdəki zirvəyə qatıla bilər" sözləri ilə yayımlayıb.
ZİRVƏDƏ İŞTİRAK EDƏCƏK LİDERLƏR
Zirvə günorta saatlarında şəhərdəki konfrans mərkəzində "Şarm əş-Şeyx Sülh Zirvəsi" adı altında keçiriləcək. Misirin rəsmi xəbər agentliyi MENA zirvəyə prezident, kral və əmir səviyyəsində qatılacaq adları belə açıqlayıb:
"Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Fələstin Dövlət Başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Cənubi Kipr Yunan Administrasiyasının lideri Nikos Xristodulides."
Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin zirvəyə baş nazir səviyyəsində qatılacağı gözlənilir.
20-DƏN ÇOX LİDER MASADA OLACAQ
Zirvəyə əlavə olaraq, Oman Xarici İşlər naziri Bədr əl-Busaidi, BMT Baş katibi Antonio Quterreş, Ərəb Liqasının Baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının rəhbəri Antonio Kosta, Hindistan Xarici İşlər naziri Subrahmanyam Cayşankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də qatılacağı açıqlanıb.
NƏ BAŞ VERMİŞDİ?
ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail ilə HƏMAS-ın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini elan etmişdi. Danışıqların aparıldığı Misirdə razılaşma imzalanarkən, İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-u səhər saatlarında müqavilə qüvvəyə minmişdi. İsrail ordusunun razılaşmada qeyd olunan "sarı xətt"ə çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-da qüvvəyə mindiyi açıqlanmışdı. İsrailin 8 oktyabr 2023-cü ildən atəşkəs razılaşmasına qədər Qəzza zolağına endirdiyi zərbələrdə 67 min 682 nəfər həlak olmuş, 170 min 33 nəfər isə yaralanmışdı.
Etiketlər
Oxşar xəbərlər

Netanyahu Misirdəki Qəzza sammitinə qatılmayacaq
Son Xeberler

Misirdə Yolcu Avtobusu Qəzaya Uğradı: 7 Nəfər Öldü...
Son Xeberler

Ərdoğanın səhhəti ilə bağlı açıqlama
Bugun.az

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarına...
Son Xeberler

Prezidentlə xanımının adından Ərdoğanın şərəfinə n...
Son Xeberler

Netanyahu: "Şimaldə hücumlara davam edin"
Son Xeberler