
Netanyahu Misirdəki Qəzza sammitinə qatılmayacaq

Prezident Ərdoğan bu kritik sammit üçün Misirə yola düşdü. Qəzzanın yenidən qurulması və atəşkəs mərhələlərinin müzakirə ediləcəyi sammitə saatlar qalmış Misir Prezidenti Sisi tərəfindən gözlənilməz bir dəvət gəldi. Sisi Netanyahuya dəvət göndərdi. Bildirilib ki, İsrailin Baş naziri Netanyahu Sisi tərəfindən Misirdəki sammitə dəvət olunub. Misirdən verilən bəyanatda “Netanyahu sammitdə iştirak edəcək” deyilsə də, İsraildən bu dəvətə gözlənilməz cavab gəlib. Netanyahu sammitə iştirak etməyəcək. İsrail tərəfinin yaydığı məlumatda Baş nazir Binyamin Netanyahunun Misirdəki sammitdə iştirak etməyəcəyi bildirilib.
Sammitdə iştirak edəcək rəhbərlər. Sammit günorta saatlarında şəhərin konfrans mərkəzində “Şarm əş-Şeyx Sülh Sammiti” adı altında keçiriləcək. Misirin rəsmi xəbər agentliyi MENA Şarm əş-Şeyx Sülh Sammitində prezident, kral və əmir səviyyəsində iştirak edəcək şəxslərin adlarını belə açıqlayıb: “Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Dövlət Başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Kipr Rum Administrasiyasının rəhbəri Nikos Xristodulidis”. Həmçinin Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitdə baş nazir səviyyəsində təmsil olunacağı gözlənilir.
20-dən artıq rəhbər iştirak edəcək. Sammitə həmçinin Oman Xarici İşlər Naziri Bədr əl-Busaidi, BMT-nin Baş katibi Antonio Quterreş, Ərəb Liqasının Baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının Prezidenti Antonio Kosta, Hindistan Xarici İşlər Naziri Subrahmanyam Cayşankar və Yaponiyanın Qahirədəki Səfiri Fumio İvayın da qatılacağı elan edilib.
Nələr baş vermişdi? ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail və Həmasın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlamışdı. Danışıqların aparıldığı Misirdə razılaşma imzalanarkən, İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-u səhər saatlarında saziş qüvvəyə minmişdi. İsrail ordusunun razılaşmada göstərildiyi kimi “sarı xətt”ə çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-dan etibarən qüvvəyə mindiyi elan edilmişdi. İsrailin 8 oktyabr 2023-cü il tarixindən atəşkəs sazişinə qədər olan müddətdə Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 67 min 682 nəfər həlak olmuş, 170 min 33 nəfər isə yaralanmışdı.
Etiketlər
Oxşar xəbərlər

İsrail rəhbərliyi Qəzza ilə bağlı razılaşmanın iki...
Bugun.az

Netanyahu Qəzzada girovluqda qalan vətəndaşların s...
Bugun.az

Gözlər Misirdə: Ərdoğanın qatılacağı Zirvəyə Netan...
Son Xeberler

Netanyahu: "Şimaldə hücumlara davam edin"
Son Xeberler

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarına...
Son Xeberler

Tramp İsrail Məclisində!
Son Xeberler