🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Greta Thunberqin Van haqqında "Kürdistan" paylaşımı və müstəqillik çağırışı

28.11.2024 09:47 17 baxış sayı 2 dəq. oxuma
Greta Thunberqin Van haqqında "Kürdistan" paylaşımı və müstəqillik çağırışı

İsveçli fəal Greta Thunberqin Türkiyə səfəri zamanı Van şəhərini ziyarətindən sonra sosial mediada paylaşdığı status böyük rezonans doğurub. O, Van şəhərinin fotosunu “Kürdistan” olaraq qeyd edib.


Qalmaqallı açıqlamalar: Thunberg Şərqi Anadolu bölgəsini "Şimali Kürdistan" adlandırarak, Kürt xalqının tarixi ədalətsizliklərlə, sistemli təzyiqlərlə və insan haqları pozuntularıyla üzləşdiyini bildirib. Ekoloji problemlərə də toxunan Thunberg, qanunsuz meşə qırılması, mədənçilik fəaliyyəti və yanğınların Kürt xalqına qarşı yönəlmiş təzyiqlərdən biri olduğunu vurğulayıb.


Paylaşımda zorla köçkünlük, mədəniyyət və kimlik məhv edilməsi, siyasi repressiyalar, ekoloji fəlakətlər və digər insan haqları pozuntularından bəhs edən Thunberg, öz müstəqillik hüquqlarının tanınması çağırışı səsləndirib.


Müstəqillik tələbi: Thunberg, Kürdistan bölgələri üçün muxtariyyət və özünüidarəetmənin vacibliyini qeyd edərək, Kürt xalqının öz həyatını, mədəniyyətini və cəmiyyətini qurmaq hüququnun olduğunu bildirib. Türkiyə hökumətini isə insan haqları pozuntularına son verməyə və Kürt xalqının hüquqlarını təmin etməyə çağırıb. Həmçinin, beynəlxalq təşkilatların bu məsələyə biganə qalmadığını və insan haqları pozuntularını qınadığını vurğulayıb.


Sözlərini "Heç kəs azad olmadıqca, heç kəs azad deyildir. Kürdistan yaşayır!" deyimi ilə bitirib.


Paylaş: