“Hadrutda bu gecə Ermənistanın verdiyi itkilər Paşinyanın qurbanlarıdır” - VİDEO
Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin bu gün Hadruta hücumu barədə danışıb.
İ.Əliyev “Haber Global” telekanalına müsabəsində bildirib ki, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır: “Onlar döyüş meydanında uduzurlar. Müzəffər Azərbaycan ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün demək olar ki, ya hansısa şəhər, ya da kənd işğaldan azad edilir. Yaxud da ki, o kəndlərin ərazisi nəzarət altına alınır. Bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimizdədir, sadəcə olaraq o yaşayış məntəqəsinə hələ girməmişik.
Çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanları edəcəyik. Ona görə bütün cəbhə boyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır. Belə olan halda Ermənistan öz heyfini, öz məğlubiyyətini sivillərdən çıxarmaq istəyir. Bu, onların xislətidir. Xocalı soyqırımını törədənlər Gəncəyə hücumu da ediblər. Gəncə hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox psixoloji sarsıntılar keçirir, onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir.
Məsəl üçün, bir neçə dəfə Hadrutu yenə işğal altına salmağa cəhd ediblər. Mənə bu səhər verilən məlumata görə, bu gecə böyük, özəl komando qruplarından ibarət olan Ermənistandan gəlmiş bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə raport vermək üçündür. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”.
Oxşar xəbərlər
Paşinyanın oğlu da Moskvaya qaçdı -
Son Xeberler
Ermənistanın“qəhrəman” adı verdiyi terrorçu öldürü...
Son Xeberler
SON DƏQİQƏ: Ermənilər Hadrutda təxribat törətdi -
Son Xeberler
Yerevanda Paşinyanın əleyhinə aksiya keçirənlər sa...
Son Xeberler
Prezidentin köməkçisindən Paşinyana cavab
Son Xeberler
Paşinyanın BBC-yə müsahibəsi ciddi tənqid olundu
Son Xeberler