Prezidentin köməkçisindən Paşinyana cavab
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkədə təxribat xarakterli paylaşımına reaksiya verib.
Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi Ermənistanın Baş naziri Nikol Paşinyanın ermənilərin Avropanın bir sıra ölkələrində təşkil etdiyi qanunsuz aksiyalarla bağlı paylaşımına cavab olaraq bildirib:
“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların işini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyata zərər vurur və COVİD-19-u yayırlar. Bu cür təxribatlara əl atmaq əvəzinə Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”.
Oxşar xəbərlər
Paşinyana sui-qəsddə ittiham olunurdu, sərbəst bur...
Son Xeberler
Prezidentin köməkçisindən SƏRT KARANTİN REJİMİ ilə...
Son Xeberler
Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə...
Son Xeberler
Müxalifət Paşinyana cinayət işi açılmasını tələb e...
Son Xeberler
Etirazçılar istefa ilə bağlı Paşinyana vaxt qoydu
Son Xeberler
Paşinyanı Şuşa ilə bağlı hansı sual QƏZƏBLƏNDİRDİ?...
Son Xeberler