
Həbs edilən qazi azadlığa buraxıldı

Bir müddət öncə həbs olunan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun işi ilə bağlı bu gün Bakı Hərbi Məhkəməsində proses keçirilib.
Prosesdə Z.Kazımovla bağlı seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Xatırladaq ki, Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.
Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Bugun.az

Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa bur...
Son Xeberler

Sabiq qərargah rəisi azadlığa buraxıldı
Bugun.az

“Sputnik Azərbaycan”ın şef redaktoru ev dustaqlığı...
Azəri Xəbər

Həbsdə olan şəhid valideynləri azadlığa buraxıldı...
Son Xeberler

Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa...
Son Xeberler


