Hərbçilərimizin Tuğda hərbi cinayət törətməsi iftiradır
Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxma kampaniyasına başlayıb.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:
Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil.
Ali Baş Komandanın da vurğuladığı kimi “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi.
Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir.
Oxşar xəbərlər
Hərbi cinayət törətmiş yüksək vəzifəli erməni hərb...
Son Xeberler
SON DƏQİQƏ! Əsgərlərimiz erməni kəndində -
Son Xeberler
4 minə yaxın erməni hərbçisi döyüşlərdən qaçdı
Son Xeberler
Düşmənin törətdiyi terror aktları ilə bağlı
Son Xeberler
Şuşada FACİƏ: 1 hərbiçi öldü, 2 hərbiçi yaralandı
Son Xeberler
ABŞ Yunanıstanda 20 yeni hərbi baza qurur
Son Xeberler