“Hücum baş verəndə insanlar yatırdılar” - - “BBC” Gəncədə + Video
“BBC” televiziya kanalı oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhalisinin raket atəşinə tutulması ilə bağlı reportaj hazırlayıb.
Süjetdə hücum nəticəsində dağılan ikimərtəbəli, çoxmənzilli yaşayış binasının yerləşdiyi ərazidən görüntülər yer alıb.
“Burada yalın əllə, itlərlə və ağır texnikalarla axtarış davam edir. Siz dağıntıların genişliyini öz gözlərinizlə görə bilərsiniz. Çox geniş ərazidir. Aydındır ki, buradakı binalar yaşayış binalarıdır. Hücum yerli vaxtla gecə saat 2-də baş verən zaman insanlar öz yataqlarında yatırdılar. Dağıntıların arasında yorğanlar və döşəklər görə bilərik.
Yerli partlayıcı mütəxəssisi bildirib ki, onların istifadə etdikləri silahlar uzaqmənzilli raketdir. Onun fikirlərinə görə, raket Qarabağdan yox, Ermənistan ərazisindən atılıb. Hələlik isə bu fikir təsdiqlənməyib. Bu, açıq-aşkar çox genişmiqyaslı bir hücumdur. Bu hücum hərbi məntəqələrə edilməyib. Cəbhənin digər tərəfindən isə digər iddialar gəlir.
Rusiyanın vasitəçilik etdiyi atəşkəs olmalı idi, lakin burada atəşkəs yox, müharibə mənzərəsi görünür”, - deyə aparıcı bildirib.
Oxşar xəbərlər
“BBC”nin Gəncədən reportajının tam -
Son Xeberler
Prezident Paşinyanla görüşə bilərmi?
Son Xeberler
Şuşan Stepanyan boşanır
Son Xeberler
“İnsanlar arasında panika yaratmağa nail ola bilmə...
Son Xeberler
Yeni tədris ilində hibrid təhsil tətbiq oluna bilə...
Son Xeberler
Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu i...
Son Xeberler