🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İcazəsiz postu keçən qızlarla bağlı nazirlikdən AÇIQLAMA

27.06.2020 10:20 640 baxış sayı 2 dəq. oxuma
İcazəsiz postu keçən qızlarla bağlı nazirlikdən

İyunun 26-da Sosial  şəbəkələrdə  avtomobil  idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb. DİN-dən həmin görüntülər araşdırılıb və məlum olub ki, sürücü və videonu çəkib paylaşan şəxs İranə Əhmədova adlı poçt işçisidir. 

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, avtomobili  idarə edən  şəxs həqiqətən də  “Azərpoçt” MMC-nin  Xəzər rayonu, 4 saylı Poçt Filialının, 61 saylı  Poçt Şöbəsinin əməkdaşı İranə Əhmədovadır.  Poçtun əməkdaşı tərəfindən çəkilib, paylaşılan video iş vaxtı qeydə alınmayıb.

O da qeyd olunub ki, “Azərpoçt” MMC-nin əməkdaşı iş vaxtı olmamasına baxmayaraq, paytaxtda tətbiq olunan karantin rejimini kobud şəkildə pozduğuna və bunu ictimailəşdirərək cəmiyyət arasında yanlış fikir formalaşdırdığına görə, ciddi cəzalandırılacaq.

Paylaş: