🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İlk ödənişli yol bu tarixdə istismara veriləcək

22.02.2021 10:30 539 baxış sayı 2 dəq. oxuma
İlk ödənişli yol bu tarixdə istismara veriləcək

“Bakı-Quba yolunun çəkilişi zamanı ölkədə ilk dəfə beton yol olduğuna görə müəyyən qüsurlara yol verilib. Həmçinin istismarı da düzgün aparılmayıb. O yoldan nəqliyyat vasitələrinin buraxılmasında da səhvliklər olub”.

Bu barədə “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş brifinqdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib.

O qeyd edib ki, beton yol olduğuna görə bu yolun sıradan çıxmasının aradan qaldırılması üçün müəyyən çətinliklər var: “Bunu nəzərə alaraq dövlət başçısı həmin istiqamətdə alternativ yeni 4 zolaqlı yolun çəkilişini tapşırıb. Həmin yolun 150 km hissəsi ödənişli olacaq. Gələn ilin sonunadək həmin yol çəkiləcək. Artıq yolun 30 km hissəsi hazırdır. Tarif Şurasına ödənişin qiyməti ilə bağlı müraciət olunub. Qiymət müəyyənləşən kimi hazır olan hissəsi açılacaq”.

Paylaş: