🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İsveçrəli parlamentarilərdən Azərbaycana növbəti mühüm dəstək

01.12.2020 12:55 497 baxış sayı 3 dəq. oxuma
İsveçrəli parlamentarilərdən Azərbaycana növbəti mühüm dəstək

Azərbaycanın İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığındakı səfirliyi açıqlama yayıb.

Məlumatda bildirilir:

“Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi məqsədilə apardığı hərbi əməliyyatlar çərçivəsində ölkəmizin haqlı mövqeyinin İsveçrənin bütün siyasi təbəqələrinə çatdırılması Səfirliyin işində mühüm yer tutub. Həmin müddət ərzində İsveçrənin müxtəlif siyasi partiyaları və Federal Şuranın üzvləri ilə yaxından işlər aparılıbvə nəticə etibarı ilə Şuranın bir çox üzvləri bu istiqamətdə rəsmi dəstəklərini diqqətə çatdırıblar.

İsveçrəli parlamentarilər bu münaqişədə BMT Təhlükəsizlik Şurasının dört qətnaməsinin rəhbər tutulduğunu, son 30 ildə isə İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu səbəblə 10 noyabr tarixli razılaşmanın önəmini bir daha vurğulayıblar.

Bunlar arasında Federal Şuranın üzvləri xanım Claudia Fiedl, cənab Fabian Molina və cənab Josef Dittli xüsusi olaraq dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini və nəticədə çoxlu sayda mülki şəxslərin yaralanaraq həlak olmasını ciddi narahatlıqla qarşılayıb, Cenevrə Konvensiyasına istinadən, mülki insanların və şəhərlərin vurulmasını beynəlxalq əhəmiyyətli cinayət, mülki infrastrukturun dağıdılmasını isə qəbul edilməz olduğunu bildiriblər. Onlar, yaranmış humanitar mənzərə qarşısında, İsveçrənin kömək məqsədi ilə cari ilin 20 oktyabr tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinə bir milyon İsveçrə Frankı dəyərində maliyyə töhfəsi etdiyini diqqətə çatdırıblar”.

Paylaş: