Komendant saatı ilə əlaqədar Azərbaycandakı oyunlarla bağlı QƏRAR
Azərbaycan Premyer Liqasının V turu və I Divizionun ilk turunun oyunlarının başlama saatlarında dəyişiklik edilib.
Bununla bağlı Peşəkar Futbol Liqası qərar verib.
Buna səbəb bu gün saat 00:00-dan etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunmasıdır. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilib. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bununla əlaqədar olaraq, bütün təşkilati məsələləri nəzərə alan Peşəkar Futbol Liqası bütün oyunları günorta saatlarına salıb.
Qeyd edək ki, vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər.
Oxşar xəbərlər
Komendant saatının ləğvi ilə bağlı
Son Xeberler
DİN vətəndaşlara müraciət etdi
Son Xeberler
DİN daha bir müraciət yaydı
Son Xeberler
DİN əhaliyə müraciət etdi
Son Xeberler
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Son Xeberler
Fransada virusa görə məhdudiyyətlər sərtləşdirildi
Son Xeberler