Koronavirusa yoluxan Bəhram Bağırzadənin son durumu AÇIQLANDI

21.07.2020 12:59 678 baxış sayı 1 dəq. oxuma
Koronavirusa yoluxan Bəhram Bağırzadənin son durumu

"Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqdadır". 

Bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B. Bağırzadənin huşu aydındır: "Son bir həftə ərzində artıq spontan tənəffüsdədir. Fəaldır, ayağa qalxır. Palata və reanimasiya şöbəsinin dəhlizində yeriyir. Telefondan istifadə edir. Bununla belə bir qədər narahat edən amil dünən axşamdan bədən hərarətinin yüksəlməsidir. Bunu nəzərə alaraq aparılan müalicəyə müəyyən əlavələr edilib". 

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: