
Kürdəmirdə ağır qəza; 3 ölü, 1 yaralı

Kürdəmirdə 3 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonunun Köhünlü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini, İsmayılov Rabil Rəhbər oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarına aşırıb. Nəticədə sürücü İsmayılov Rabil Rəhbər oğlu, Mehdiyeva Zemfira Cümşüd qızı və Hümbətova Ayulduz Qubat qızı aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Digər bir nəfər sərnişin Hümbətov İbrahim Qubat oğlu isə, müxtəlif dərəcəli bədən xəsarətləri ilə, rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Kürdəmirdə ağır qəza -
Son Xeberler

Kürdəmirdə yol polisinin maşını ağır qəzaya düşdü...
Son Xeberler

Toy Karvanında Qəza: Bir Nəfər Ağır Yaralıdır
Bugun.az

Azərbaycanda avtomobil yolu keçən piyadanı vurdu -
Son Xeberler

Azərbaycanda ağır qəza - Ölənlər və yaralananlar v...
Bugun.az

Bakıda ağır qəza:
Son Xeberler


