“Lotu Quli”nin məzarı başında atışma olub - Ölən və yaralanan var
Ötən il qətlə yetirilən azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun məzarı başında atışma olub.
Hadisə İstanbulun Esenyurt rayonunda yerləşən qəbiristanlıqda baş verib.
İki gün öncə axşam saatlarında baş verən hadisə zamanı Əli Həşimov adlı şəxs Kənan İ. adlı şəxslə "Lotu Quli"nin məzarı başında qarşılaşıb. Nəticədə tərəflər arasında mübahisə yaşanıb. Mübahisənin davamı isə qanla bitib. Belə ki, Ə.Həşimov yanında gəzdirdiyi odlu silahla Kənana atəş açıb. Bu zaman əlindən yaralanan Kənan silahı alaraq Əlinin başından vurub. Nəticədə Ə.Həşimov hadisə yerində keçinib.
Kənan isə hadisə yerində olan həyat yoldaşı Lalə M. tərəfindən özəl xəstəxanalardan birinə çatdırılıb. Bundan başqa, insident zamanı orada Aynur İ. adlı qadın da olub. Lalə M. və Aynur İ. polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hadisə borc üstündə baş verib.
Oxşar xəbərlər
“Lotu Quli”ni güllələyən yaxın dostu “Xan Əhmədlin...
Son Xeberler
Qatil "Lotu Quli"ni öldürməmişdən öncə VİDEOYA ÇƏK...
Son Xeberler
"Lotu Quli"nin yas mərasimi harada olub? -
Son Xeberler
“Lotu Quli” güllələndikdən sonra -
Son Xeberler
“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı...
Son Xeberler
“Lotu Quli”nin dəstəsinə bu şəxs başçılıq edəcək -
Son Xeberler