“Lotu Quli” Türkiyədə qətlə yetirildi - FOTO/VİDEO

20.08.2020 04:56 1,047 baxış sayı 2 dəq. oxuma
“Lotu Quli” Türkiyədə qətlə yetirildi -

“Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Bununla bağlı “Anadolu” agentliyi məlumat yayıb.

Onun bir restoranda şam etdiyi şəxs tərəfindən silahla vurularaq öldürüldüyü bildirilir.

Cinayətdə şübhəli bilinən şəxs qaçmaq istəyərkən Antalya-Dənizli avtomagistralında yaxalanıb.

Qeyd edilir ki, “Lotu Quli” Serik rayonunda bir hotelin restoranında öldürülüb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını kriminal avtoriteti xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: