🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Marmarada 7,5 bal gücündə zəlzələ siqnalı! 7 şəhərdə eyni vaxtda sirenalar çalınacaq

16.10.2025 10:47 12 baxış sayı 2 dəq. oxuma
Marmarada 7,5 bal gücündə zəlzələ siqnalı! 7 şəhərdə eyni vaxtda sirenalar çalınacaq

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Ölkənin Fəlakətlərə Qarşı Mübarizə Planı çərçivəsində Marmara Bölgəsindəki yeddi şəhərdə eyni vaxtda zəlzələ təlimi keçirəcək. Təlim 26 Noyabr Çərşənbə günü həyata keçiriləcək.


YEDDİ ŞƏHƏRDƏ EYNİ VAXTDA
NTV-də yayımlanan xəbərə görə, AFAD Marmara Bölgəsində yerləşən İstanbul, Təkirdağ, Yalova, Bursa, Sakarya, Biləcik və Kocaeli əyalətlərində sinxron şəkildə zəlzələ təlimi keçirəcək. Təlimin əsas məqsədi vətəndaşların zəlzələ anında dəqiq davranış qaydalarını tətbiq etməsini təmin etmək və qurumlararası koordinasiyanı gücləndirməkdir.


45 SANİYƏLİK "ÇÖK, ÖRTÜN, TUTUN" TƏLİMİ
Təlim 26 Noyabr Çərşənbə günü saat 11:30-da baş tutacaq. Səviyyə 4 dərəcəsində keçiriləcək məşq zamanı bütün qurumlarda 45 saniyə ərzində "Çök, Örtün, Tutun" hərəkəti ediləcək. İştirakçılar bu prosesdən sonra olduqları binaları təxliyyə edəcəklər.


HAZIRLIQ GÖRÜŞÜ KEÇİRİLDİ
Təlimdən əvvəl AFAD və sivil cəmiyyət təşkilatlarının hazırlıqları davam edir. Bu yaxınlarda İstanbul Əyalət Fəlakət və Fövqəladə Hallar İdarəsində koordinasiya toplantısı keçirilib. İstanbul Vali müavini Mustafa Kayanın rəhbərliyi ilə keçirilən görüşdə təlim prosesinə dair hazırlıqlar, vəzifə bölgüsü, koordinasiya mexanizmləri və sığınacaq planlarının tətbiqi prinsipləri müzakirə edilib.


SƏVİYYƏ 4 NƏ DEMƏKDİR?
Təlim S4 səviyyəsində mümkün olan fəlakət ssenarisi əsasında keçiriləcək. S1 səviyyəsi – yerli imkanların kifayət etdiyi halları; S2 səviyyəsi – bir əyalətin imkanları çatmadıqda digər əyalətlərin dəstək verməsini; S3 səviyyəsi – milli səviyyədə dəstəyə ehtiyac duyulmasını; S4 səviyyəsi isə beynəlxalq dəstəyin tələb oluna biləcəyi fəlakət ssenarilərini ifadə edir.


Paylaş: