30.10.2020 09:05
6 abunə
335
MDB-nin Qərargah Rəisləri Komitəsinin növbəti iclası oldu
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələrinin sərhədləri ətrafında inkişaf edən hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“MDB üzvü olan dövlətlərin silahlı qüvvələri üçün vahid taktiki idarəetmə sisteminin topogeodezik və naviqasiya dəstəyi Konsepsiyasının layihəsi razılaşdırılıb. 2025-ci ilədək Vahid Dövlət Radar Tanıma Sisteminin təkmilləşdirilməsi yolları müəyyənləşdirilib”,- deyə Gerasimov bildirib.
İclasda hərbi qulluqçuların peşə bacarıqlarının artırılması məsələsinə baxılıb, humanitar minatəmizləmə sahəsində mütəxəssislərin hazırlanması praktikası ümumiləşdirilib və silahlı qüvvələrin aviasiya təhlükəsizliyi təhlil edilib.
Bununla yanaşı V. Gerasimov qeyd edib ki, MDB ölkələri Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsinin iclasından sonra MDB ölkələrinin hərbi nümayəndələrinin nümayəndə heyətlərinin vahid hərbi sistemlərin inkişafı üçün gələcək istiqamətlər müəyyənləşdirilib.