🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Məktəblərdə qiymətləndirmə ilə bağlı güzəştlər nəzərdə tutulmur - Dövlət Agentliyi

16.02.2021 12:26 407 baxış sayı 2 dəq. oxuma
Məktəblərdə qiymətləndirmə ilə bağlı güzəştlər nəzərdə tutulmur -

Qiymətləndirmə ilə bağlı peşə təhsili müəssisələrinə artıq təlimatlar verilib, amma qiymətləndirmə ilə bağlı müəyyən güzəştlərin edilməsi nəzərdə tutulmur.

Bunu Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, təhsilverənlər üçün distant təhsildə çatışmayan hissələri əyani tədrisdə verməyə və onların biliyini möhkəmləndirməyə çalışırlar:

"Peşə təhsil müəssisələrində təhsilverənlərin əsas məqsədi odur ki, peşə təhsilinin əsas məzmununu təhsilverənlərə çatdırsınlar. Aydın məsələdir ki, distant təshildə müəyyən problemlər olub. Amma artıq əyani tədris bərpa edilib".

Paylaş: