🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Metroda Faciələr: Sıxlıqdan Qaynaqlanır? - VİDEO

05.10.2024 05:25 25 baxış sayı 2 dəq. oxuma
Metroda Faciələr: Sıxlıqdan Qaynaqlanır? - VİDEO

Bakı metrosunda yaşanan faciələr, bəlkə də, sıxlıqla bağlıdır?


"28 May" metro stansiyasında qatarın altına düşərək həlak olan şəxs 55 yaşlı Şirvan sakini Rövşən Abışov olub. O, Bakıya işləməyə gəlmişdi.


"Ulduz" stansiyasında qatar yoluna yıxılan 20 yaşlı Əmirəliyev İlkin Elnur oğlunun ayaqları amputasiya olunub. Onun vəziyyəti ağır-stabildir.


Son günlər hər iki hadisə sosial mediada geniş müzakirə olunur. Çoxları bunu metroda yaşanan sıxlıqla əlaqələndirir. Bəs bu fikirlər nə qədər əsaslıdır?


Metrodan hər gün istifadə edənlər sıxlığın həqiqətən də böyük problem olduğunu təsdiqləyirlər.


Hər iki oxşar hadisə metroda sıxlığın yaratdığı problem kimi təqdim olunsa da, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov iddiaların əsassız olduğunu bildirir. Onun sözlərinə görə, məsələnin araşdırılması üçün aidiyyəti qurumların hesabatı əsas götürüləcək.


Bəs belə halların qarşısını almaq üçün metroda təhlükəsizlik tədbirlərinin artırılması, daha dəqiq desək, platforma qapılarının qurulması mümkünmüdür?


Metropoliten rəsmisi bildirir ki, metrostansiyalarda platforma qapılarının qurulmasının nə qədər effektiv ola biləcəyi hazırda qiymətləndirmə mərhələsindədir.


Daha ətraflı məlumat üçün videoya baxın:



Paylaş: