NASA-nın aparatı Marsda yadplanetlilərlə qarşılaşıb? - FOTOLAR

24.02.2021 15:05 537 baxış sayı 2 dəq. oxuma
NASA-nın aparatı Marsda yadplanetlilərlə qarşılaşıb? -

NASA-nın “Perseverance” aparatının Mars planetindən göndərdiyi fotolarda bəzi detalların gizlədildiyi barədə iddialar yayılıb.

Bəzi xarici KİV-lərin iddiasına görə, NASA şəkillərdə olan bəzi reallıqların görünməməsi üçün onları gizlədib. Gizlədilən məqamların detallarına dair məlumat yoxdur. Lakin sosial mediada ufoloqlar tərəfindən yayılan iddiaya görə, gizlədilən məqamlar yadplanetlilərlə bağlı ola bilər. NASA fotolarla bağlı iddiaya hələlik cavab verməyib.

Qeyd edək ki, 7 aylıq uçuşdan sonra NASA-nın “Perseverance” aparatı ötən həftə təhlükəsiz şəkildə Mars planetinə eniş edib.

 

 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: