
“NATO həm qarşıdurmaya, həm da əməkdaşlığa hazırdır”

NATO Baş katibi Yens Stoltenberq ittifaqın Rusiya ilə münasibətlərdə fərqli variantları nəzərdən keçirdiyini açıqlayıb. Bu barədə “El Mundo” nəşri məlumat verib.
“Əgər onlar qarşıdurma istəsələr, biz hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, məmnun qalarıq”,- deyə Stoltenberq qeyd edib.
Stoltenberq silahlanma yarışının yenidən başlaması riski səbəbindən Moskva ilə münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib. Buna baxmayaraq, Stoltenberg hesab edir ki, Moskva ilə dialoq güc və sərtlik mövqeyindən aparılmalıdır.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova NATO-nun həm sanksiya mexanizmlərindən, həm də siyasi təxribatlardan istifadə edərək, siyasi və iqtisadi məhdudlaşdırma məqsədi ilə Rusiyanın daxili işlərinə açıq şəkildə müdaxilə etdiyini bildirmişdi.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

NATO-da mühüm post Türkiyəyə
Son Xeberler

Gürcüstan ABŞ-la birgə hərbi təlimlər keçirəcək
Son Xeberler

NATO-dan Ukrayna sammiti ilə bağlı açıqlama
Bugun.az

“Ermənistan dostuma hücum edir, dəstək verməyəcəkd...
Son Xeberler

NATO Baş Katibi Təcili Açıqlama Verəcək
KIBRIT MEDIA

Ukrayna'nın NATO yolu bağlanır?
KIBRIT MEDIA


