Nazir Ağayevi "Bandotdel"ə şöbə rəisi TƏYİN ETDİ

24.09.2020 11:19 540 baxış sayı 1 dəq. oxuma
Nazir Ağayevi "Bandotdel"ə şöbə rəisi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizm şöbəsinin rəisi vəzifəsinə təyin olunub.Qeyd edək ki, o, daha öncə Şəki Şəhər Rayon Polis Şöbəsinin və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifələrində çalışıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: