Nazirlər Kabinetindən təhsillə bağlı YENİ QƏRAR

22.09.2020 18:24 677 baxış sayı 2 dəq. oxuma
Nazirlər Kabinetindən təhsillə bağlı

Nazirlər Kabineti “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişiklik edib.

Nazirlər Kabinetindən bildirilib ki, Qərarlar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanının qəbul edilməsi ilə bağlı hazırlanıb.

“Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarına edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: