Nazirlik AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI

03.09.2020 08:38 587 baxış sayı 2 dəq. oxuma
Nazirlik AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı

Daxili İşlər Nazirliyi Azərbaycan Televiziyasının (AzTV) əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S. Abdullayev Azərbaycan Televiziyasının (AzTV) operatoru olub.

 
 
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: