🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB-dən AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı AÇIQLAMA

02.07.2020 10:29 488 baxış sayı 2 dəq. oxuma
TƏBİB-dən AzTV-nin əməkdaşının səs yazısı ilə bağlı

TƏBİB ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı ilə bağlı məsələyə münasibət bildirib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva S.Nemətzadənin özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyini deyib.

Onun sözlərinə görə, daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub:

"Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib".

TƏBİB rəsmisi əlavə edib ki, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.

Paylaş: