Nazirlik məşhur şadlıq sarayı ilə bağlı Baş Prokurorluğa müraciət etdi
Bakı şəhəri, Nizami rayonu "Neolit City" şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı ETSN-yə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən "Neolit City" şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda toylarla bağlı
Son Xeberler
Şadlıq saraylarında toy edən kimlərdi? -
Son Xeberler
Nöqsanlar aşkarlanan şadlıq evi bağlandı
melumat.tv
Toyların və yasların keçirilməsinə -
Son Xeberler
Toyların keçirilmə ehtimalı ilə bağlı
Son Xeberler
Toylara icazə verilir? - Şadlıq evlərində növbəyə...
Son Xeberler